Müsahibə
Fərid Yusifli: “Uyğunlaşma dövrünü tez keçdim”
“Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Yusiflinin futbolinfo.az saytına müsahibəsi
– Son oyunda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdiniz. Oyun barədə düşüncələrin necədir?
– Oyun demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi. Çoxlu qol şanslarımız var idi. Sadəcə, əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Nəticədə səfərdən 1 xalla qayıtdıq.
– Səncə, qələbəyə layiq idiniz, ya 1:1 ədalətli nəticə idi?
– Ümumi götürsək, hər şey bizim nəzarətimizdə idi. Sadəcə, rəqibin əks-hücumu zamanı səhv etdik. Bu da 11 metrlik cərimə zərbəsi ilə nəticələndi. Qol vurdular və xal qazandılar. Ondan sonra da 10 nəfərlə yaxşı qapanmışdılar. Hər nə qədər qalib gəlmək istəsək də, futbolda belə hallar olur. Fikrimcə, biz qələbəyə layiq idik. Qol şanslarımızdan istifadə edə bilsəydik, nəticə fərqli olardı.
– Qış fasiləsindən sonra komandanın çıxışını necə qiymətləndirirsən?
– Yanvardan sonra “Kəpəz”lə ilk oyunda xal itkimiz oldu. Amma komandamız bundan sonra “düşmədi”, əksinə, daha da ayıldıq. Digər oyunlarda qat-qat daha yaxşı çıxış etmişik.
– “Neftçi”dən icarəyə gəldin və “Turan Tovuzda oynayırsan. Özünü necə hiss edirsən və bu klub sənə nə verir?
– Mən ilk dəfədir ki, Azərbaycanda klub dəyişirdim. Düşünürdüm ki, adaptasiya ilə bağlı problemim olar. Amma şükür olsun ki, məşqçilərimin, komanda yoldaşlarımın sayəsində uyğunlaşma dövrünü tez keçdim. Hazırda burada hər şey yaxşıdır.
– Komanda hazırda 7-ci pillədədir. Düşünürsən ki, daha yuxarılara qalxa biləcəksiz?
– Əlbəttə, düşünürəm ki, biz daha yaxşı yerlərə gələcəyik. Hər oyuna 3 xal üçün çıxırıq. Qarşıda oyunlarımız var və yuxarı pillələrə qalxacağımıza ümid edirəm.
– Qarşıdakı turda evdə “Araz-Naxçıvan”la oynayacaqsız. Qələbə qazana biləcəksiz?
– Hər oyunda qələbə qazanmaq istəyirik. Bu matçda da fərqli olmayacaq.
ABBAS
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı