Dünya futbolu
Farfan futbola vida etdi
Daha bir ulduz karyerasını bitirdi. Cefferson Farfan 38 yaşında meydanlara vida etmək qərarına gəldi.
Futbolinfo.az xəbər verir ki, daha çox “Şalke”dəki çıxışından tanıdığımız Farfan qərarını bugünlərdə verib. Perulu forvard butslarını ilk klubu “Alyanza”da (Lima) daha iki il keçirdikdən sonra mıxdan asıb.
Avropada ilk klubu PSV olan hücumçu “Şalke”də 7 il keçirib. Daha sonra “Əl Cəzirə” və “Lokomotiv” klublarında oynamış Farfan 2008-15 ci illərdə helzenkirhenlilərin lideri idi.