Dünya futbolu
Feliks İngiltərə nəhənglərinin hədəfində
“Atletiko” rəhbərliyinin Joao Feliksi satmaq niyyətini açıqlaması klubları hərəkətə gətirib. İngiltərə nəhəngləri onu heyətinə qatmaq üçün madridlilərlə danışıqlara başlayıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Dieqo Simeone ilə anlaşa bilmədiyi üçün İspaniyanı tərk etmək niyyətinə düşən Portuqaliya millisinin üzvünün əsas müştəriləri “Çelsi”, “Arsenal” və “Mançester Yunayted”dir. “Bayern” də bu futbolçuya maraq göstərir, amma transferlərə böyük pul xərcləməyi sevməyən, daha çox balansı gözləməyə çalışan almanların şansı böyük deyil.
Madridlilərin istedadlı oyunçu üçün 130 milyon avro istəməsi tərəddüdə səbəb olsa da, ingilislər ortaq məxrəcə gələ biləcəklərinə inanır. “Bayern” yalnız Leroy Saneni sata biləcəyi təqdirdə bu mübarizəyə qoşulacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…