Digər idman növləri
“Ferrari” rəhbəri yeni mövsüm üçün iddialı danışdı
“Ferrari” komandasının rəhbəri Frederik Vasyör qarşıdakı mövsümün keçid dövrü olmayacağını bildirib.
“2024-cü il bizim üçün adi olmayacaq. Biz bu il gələn mövsümə hazırlaşmaqla məşğul olmayacağıq. Biz indi və burada qələbələr qazanmaq fikrindəyik.
Bəhreyndə maşınımızın potensialı və nə qədər sürətli olacağı bilinəcək. Öz inkişafını düşünüb durmaq olmaz. 2 saniyə irəliləmisənsə bu qələbə demək deyil. Rəqiblər 3 saniyə sürətli ola bilərlər. Fikrimiz 2025-ci il deyil. Biz bu il bir neçə mərhələdə qələbə qazanacağıq. Ciddi dəyişiklilər yoxdur. Amma addım-addım irəliyə gedirik”, – deyə Vasyör iddiasını ortaya qoyub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib