Digər idman növləri
Ferstappen fərqi artırdı
Formula 1 üzrə dünya çempionatının 11-ci mərhələsi geridə qalıb. Macarıstan qran-prisinin qalibi Maks Ferstappen olub.
Niderlandlı pilot mövsüm ərzində 9-cu qələbəsini qazanıb. Beləliklə də o, ən yaxın izləyicisi olan komanda yoldaşı ilə fərqi 110-a çatdırıb.
Bir gün öncə keçirilən təsnifat mərhələsində ən yaxşı nəticə göstərən Lüis Həmilton üçün start uğursuz alınıb. İlk döngəyə qədər onu Maks Ferstappenlə yanaşı “Maklaren” pilotları da ötməyi bacarıblar. Təkərlərin tez sıradan çıxması ilə diqqət çəkən yarışın son hissəsində Həmilton Oskar Piastrni ötməyi bacarıb. Lakin bu, podiuma çıxmağa imkan verməyib . Belə ki, arxadan start verən Serxio Peres daha yaxşı strategiya ilə fəxri kürsüyə adlaya bilib.
Ən çox irəliləyən Corc Rassel olub. Uğurlu strategiya seçən “Mercedes” pilotu yarışı 6-cı yerdə başa vurmağı bacarıb.
“Ferrari” üçün yenə də uğursuz yarış alınıb. Pit-leynə giriş zamanı sürəti aşağı salmadığına görə Şarl Leklerə 5 saniyə cərimə verilib. Bu da yekun cədvəldə Rasselin keçməsinə şərait yaradıb. İspan sürücülər Sayns və Alonso 8 və 9-cu yerdə qərarlaşıblar. 10-luğun sonunda yer alan Lens Stroll isə aktivinə bir xal yazıb.
Bu mərhələdən sonra mühəndislər kubokunda “Red Bull” xalını 452-yə çatdırıb. 2-ci yerdə qərarlaşan “Mercedes” 225 xala malikdir.
Xatırladaq ki, mövsümün növbəti mərhələsi Belçikada keçiriləcək. Ondan sonra isə komandalar 4 həftəlik yay fasiləsinə yollanacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı