Digər idman növləri
Ferstappen “Mersedes”ə keçəcək?
Keçmiş Formula 1 pilotu, avstriyalı Gerhard Berger “Red Bull”da baş verəcək hadisələrə öz proqnozunu edib. Bu proqnoz komandada baş verən qalmaqaldan sonra edilib.
“Hazırda olan vəziyyətə görə, Kristian Horner komandada qalacaq. Edrian Nyui və Helmut Marko isə gedəcəklər. Maks Ferstappen də “Mersedes”ə keçəcək”, – deyə Berger F1 İnsider-ə müsahibəsində bildirib.
Xatırladaq ki, komanda daxilində vəziyyət yaxşı deyil. Bir aydan çoxdur ki, əməkdaşlardan biri Horneri qeyri-etik mesaja görə ittiham edir. Komanda daxili araşdırmalardan sonra Hornerüz üzərində olan bütün ittihamlar ləğv edilib və o, öz vəzifəsində qalıb. Lakin qalmaqal tam olaraq səngiməyib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı