Dünya futbolu
FİFA bu ölkəyə qoyduğu qadağanı ləğv etdi
FİFA 2022-ci ilin fevralında Keniya Futbol Federasiyasına (FKF) qoyulmuş cəzanın ləğvi barədə qərar qəbul edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qərar FKF-nın baş katibi Barri Otienonun FİFA-ya göndərdiyi məktubdan sonra qəbul edilib. O, Keniya hökumətinin yeni təyin olunmuş nazirlər kabinetinin idman katibi tərəfindən təmsil olunduğunu təsdiqləyib. Beləliklə, hökumət federasiyanın işinə qarışmayacağına zəmanət verib.
FİFA-nın açıqlamasında FKF-nin fəaliyyətinin dayandırılması barədə qərarın ləğvinin milli səviyyədə davam edən araşdırmalara və məhkəmə proseslərinə xələl gətirmədən baş verəcəyinə inam ifadə olunub.
Bu ilin əvvəlində Keniya ilə yanaşı, Zimbabveyə də siyasi müdaxilə səbəbinə görə qadağa tətbiq olunub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq