Dünya futbolu
FİFA-dan sabiq prezidentinə daha bir cəza
FİFA-nın sabiq prezidenti Yozef Blatter cəzalandırılıb.
Futbolinfo.az xəbər verir ki, keçmiş funksioner FİFA-nın etik qaydalarını pozmaqda təqsirli bilinib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Blatterin futbolla bağlı fəaliyyətinə 6 il 8 aylıq qadağa qoyulub. Onunla yanaşı, FİFA-nın keçmiş baş katibi Jerom Uolke də eyni cəzaya məruz qalıb. Blatter və Uolke 1 milyon İsveçrə frankı məbləğində cərimə ödəməlidirlər.
2015 və 2016-cı illərdə Blatter və Uolkeyə tətbiq edilmiş qadağalar hələ ləğv edilmədiyindən, yeni cəza əvvəlkinin bitməsindən sonra qüvvəyə minəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib