Dünya futbolu
FİFA DÇ-2022-nin seçmə mərhələ oyunlarını təxirə salır
FİFA və Asiya Futbol Konfederasiyası (AFC) DÇ-2022-nin AFC zonası və 2023-cü ildə Asiya Kubokunun seçmə mərhələləri ilə əlaqədar milli assosiasiyalara rəsmi təklif göndərməyi qərara alıb.
Futbolinfo.az xəbər verir ki, buna dünyada koronavirus epidemiyasının sürətlə yayılması səbəb göstərilir. Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Məsələ FIFA və AFC nümayəndələrinin görüşündə müzakirə edilib. Bildirilib ki, FIFA və AFC, milli assosiasiyalarla məsləhətləşmədən sonra yaxın günlərdə bu matçlar barədə ətraflı məlumat verəcək: “Ümumdünya Səhiyyə Təşkilatı, konfederasiyalar və üzv assosiasiyalarla birlikdə koronavirusun yayılmasını izləməyə davam edəcəyik”.
Qeyd edək ki, DÇ-2022-nin Asiya zonası üzrə təsnifat mərhələsi oktyabrda başlayacaq. Mundial 21 noyabr – 18 dekabr 2022-ci ildə Qətərin 7 şəhərində – Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı