Dünya futbolu
FİFA referisi beynəlxalq karyerasını bitirdi – zədəyə görə
Sloveniyalı FİFA referisi Damir Skomina beynəlxalq karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə 45 yaşlı baş hakim xarici mətbuata açıqlamasında məlumat verib.
O, bu qərarı səhhəti ilə bağlı qəbul etdiyini bildirib. Təcrübəli referi dizindən aldığı zədə səbəbindən daha bir cərrahiyyə əməliyyatı keçirəcəyini vurğulayıb.
Qeyd edək ki, hakimliyə 1994-cü ildə başlayan Damir Skomina beynəlxalq arenada 2003-cü il aprelin 30-da Macarıstan – Lüksemburq matçı ilə debüt edib. O, 2012-ci ildə UEFA Super Kuboku uğrunda matçın baş hakimi olub. Həmçinin, 2017-ci ildə Avropa Liqasının, 2 il sonra isə Çempionlar Liqasının finalında ədaləti təmsil edib. 2008, 2012 və 2016-cı illər Avropa çempionatının oyunlarını idarə edən Skomina 2018-ci il dünya çempionatına da təyinat alıb.
O, zədə səbəbindən AÇ-2020-ni buraxmalı olub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq