Digər idman növləri
Finalçılar bəlli oldu
Danimarkada keçirilən qadınlar arasında həndbol üzrə Dünya Çempionatının finalçıları məlum olub.
İlk yarımfinal görüşündə Norveç yığması ilə ev sahibləri üz-üzə gəliblər. Oyun ərzində hesabda üstün olan Danimarka millisi sona yaxın geriyə düşüb. Lakin matçın bitməsinə 2 saniyə qalmış penalti ilə tarazlığı bərpa edib. Bu səbəbdən də görüşdə əlavə hissə oynanılıb. Burada Norveç millisi daha yaxşı çıxış edərək qarşılaşmanı 29:28 hesablı qələbəylə yekunlaşdırıb.
Digər yarımfinal oyunu daha sakit tərzdə keçib. Fransa millisi İsveç üzərində qələbə qazanmaqda çətinlik çəkməyib – 37:28.
Beləliklə, Dünya Çempionatının final oyunu 2 il əvvəlki kimidir. 2021-ci ildə finalda Norveç Fransanı məğlub edərək çempion olmuşdu. Həlledici qarşılaşma bazar günü baş tutacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi