Dünya futbolu
Flik “Barselona”ya təyinat üçün hazırlaşır
Hansi Flik “Barselona”nın baş məşqçisi olmağa can atır. Almaniya millisinin sabiq çalışdırıcısı İspaniya nəhənginin qışda ona göndərdiyi şifahi təklifdən həvəslənib.
Futbolinfo.az xarici mətbuata istinadla xəbər verir ki, 59 yaşlı çalışdırıcı “Barselona”nın oyunlarını mütəmadi izləyir və komandanın oyununun inkişaf etdirilməsi üçün taktiki planlaşdırma aparır. Klub rəhbərliyi də bundan xəbərdardır və mövsüm bitən kimi ilk olaraq Fliklə rəsmi danışıqlara başlayacaq.
Xatırladaq ki, “Barsa”nın baş məşqçisi Xavi Ernandes mövsüm bitən kimi postunu tərk edəcəyini açıqlayıb. Klub rəhbərliyi onun qalması üçün çalışsa da, mütəxəssis fikrindən dönmür.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı