Digər idman növləri
Formula 1-də ən böyük sponsor razılaşmaları
2024-cü il üçün Formula 1 komandaları arasında ən böyük sponsor müqavilələri məlum olub. Reytinq açıq məlumatlar, marketoloqlar və komanda nümayəndələri ilə danışıqlara əsasən hazırlanıb.
Ən böyük sponsor müqaviləsinin iştirakçıları “Oracle” şirkəti ilə çempion “Red Bull” komandasıdır. “Oracle” şirkəti proqram təminatı ilə məşğuldur. Tərəflər arasında razılaşma 90 milyon dollara imzalanıb. Avstriya komandasının başqa bir sponsor müqaviləsi də ilk beşlikdə yer alır.
İlk beşlik belədir:
1. “Oracle” – “Red Bull” – 90 milyon
2. “Aramco” – “Aston Martin” – 75 milyon
3. “Petronas” – “Mersedes” – 70 milyon
4. “Stake” – “Zauber” – 50 milyon
5. “Bybit” – “Red Bull” – 40 milyon