Digər idman növləri
Formula 1-in sahibləri MotoGP-ni də alır
Formula 1-ə sahib olan “Liberty Media” “Dorna” şirkətini almaq istəyir. Bu şirkətə MotoGP yarışları və superbayk üzrə dünya çempionatı məxsusdur. “Financial Times”in məlumatına əsasən, alqı-satqı 4 milyard avroya baş tutmalıdır.
“Autosport” nəşrinin verdiyi xəbərə görə, tərəflər arasında razılaşma bir neçə həftə əldə edilib. Plana görə, bu barədə məlumat Qətərdə mövsümün ilk mərhələsindən əvvəl verilməliydi. Lakin tərəflər Avropa antiinhisar qurumunun müdaxiləsindən çəkinərək bəyanatın vaxtını ertələyib.
Razılaşma ilə bağlı elanın Amerika qran-prisindən əvvəl verilməsi gözlənilir. Həmin mərhələ aprelin 12-də olacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…