Dünya futbolu
Fransa klubu yeni baş məşqçisinin adını rəsmən açıqladı
Fransanın “Olimpik” (Marsel) klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Xorxe Sampaoli çalışdıracaq.
Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə bağlanılıb.
Sampaoli son olaraq Braziliyanın “Atletiko Mineyro” klubunu çalışdırıb. Argentinalı mütəxəssis Fransa klubunda bir müddət əvvəl istefa vermiş Andre Villaş-Boaşı əvəz edib.
“Olimpik” Fransa çempionatının cari mövsümündə 25 oyuna topladığı 38 xalla 8-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq