Dünya futbolu
Fransa klubunda dörd ayrılıq
Fransanın “Bordo” klubu dörd futbolçusu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə Hatem Ben Arfa, Vukaşin Yovanoviç, Nikolya de Previl və Jan-Mişel Serinin “Bordo” karyerasının başa çatdığı diqqətə çatdırılıb. Klub onların hər birinə xidmətlərinə görə təşəkkür edib, uğurlar arzulayıb.
Vukaşin Yovanoviç 2017-ci ildən bu klubun uğurları üçün çalışırdı. 25 yaşlı serbiyalı mərkəz müdafiəçisi Liqa 1 təmsilçisində bütövlükdə 55 rəsmi oyun keçirib.
Nikolya de Previl də 2017-ci ildən “Bordo”da idi. 30 yaşlı fransız hücumçu geridə qalan mövsümdə Liqa 1 çərçivəsində meydana çıxdığı 33 oyunda cəmi 1 qolla yadda qalıb.
34 yaşlı Ben Arfa 2020-ci ilin oktyabrından “Bordo”nun formasını geyinirdi. Fransa millisinin sabiq üzvü bu komanda 10 oyunda meydana çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Lakin yanvarda aldığı ağır zədə onun yaşıl meydanlardan uzaq qalması ilə nəticələnib.
Jan-Mişel Seri isə bu ilin əvvəlində İngiltərənin “Fulhem” klubundan icarəyə götürülmüşdü. Fil Dişi Sahili yığmasının da üzvü olan 29 yaşlı yarımmüdafiəçi, “Bordo”da cəmi 12 çempionat matçına çıxıb.
Qeyd edək ki, “Bordo” Liqa 1-də geridə qalan mövsümü 12-ci sırada bbaşa vurub.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”