Dünya futbolu
Fransa klubunda yeni müqavilə
Fransanın “Olimpik” (Lion) klubu braziliyalı müdafiəçisi Marselo Qedeslə müqavilənin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən 33 yaşlı futbolçu 2023-cü ilin yayına qədər “Olimpik”in uğurları üçün çalışmağa davam edəcək. Bundan öncəki anlaşmanın müddəti bu mövsümün sonunda bitəcəkdi.
2016-2017-ci illərdə oynadığı Türkiyənin “Beşiktaş” klubundan Lion təmsilçisinə transfer olunan Marselo, cari mövsümdə 28 oyuna çıxıb, 2 qol vurub. Braziliyalı futbolçu daha öncə “Santos”, “Visla”, PSV və “Hannover”də də forma geyinib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq