Premyer-liqa
Füzuli Məmmədov: “Bütün səhvlərə baxacağıq”
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 19-cu turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Çətin olacağını bilirdik. Komandaya bunun üçün tapşırıqlar vermişdik. Sonda bir səhv bizi qələbədən etdi. Topa nəzarət də bizdə idi. Rəqibin son dəqiqələrdə təzyiqi artdı. Oyunçular da hesabı qorumaq istəyirdi. Belə oyunlar olur. Yolumuza davam edəcəyik. Qarşıdakı görüşlərdə qələbə qazanmağa çalışacağıq. Standart vəziyyətlərdə oyunçunu boş buraxmaq yolverilməzdi. Epizodları qola çevirmək lazımdı ki, sonra rahat olsun. Qol vurmayanda stress də artır. Biz komanda şəklində hücuma keçirik. Futbolçular bəzən sonunu gətirə bilmirlər. Bütün oyunları analiz edirik. Bütün səhvlərə baxacağıq. Səlahət Ağayev və Aqil Məmmədov keyfiyyətli qapıçıdı. Hər iki qapıçıya güvənirəm”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…