Ölkə futbolu
“Gəncəli fanatları sevindirmək üçün əlimizdən gələni edəcəyik”
“Bu məğlubiyyət bizim üçün çox pis idi və üzüldük. Komanda şəklində heç də pis oynamadıq, amma böyükhesabla uduzduq”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in hücumçusu Mixeil Erqemlidze deyib.
Gürcü forvard Misli Premyer Liqasının 9-cu turunda “Sabah”a 0:5 hesablı məğlubiyyətdən danışıb: “Biz hücum futbolu oynamağa çalışdıq. Qarşımızdakı güclü komandadan geri qalmadıq. Komandamız məğlubiyyətlə barışmaq istəmədi və qol vurmağa çalışdıq. Lakin sonda hesab belə oldu. Bu məğlubiyyət bizim vəziyyətimizi dəyişəcək. Məşqçinin tapşırıqlarını yerinə yetirə bilmədik. Bundan sonra daha yaxşısını etməyə və zəhvlərimizi düzəltməyə çalışacağıq”.
Erqemlidze “qarşıda daha bir çempionluğa iddialı komanda ilə – “Neftçi” ilə oyun var. Yenə uduzmaqdan qorxmursuz” sualına belə cavab verib: “Neftçi” çox güclü komandadır. Bu matçın azarkeşlərimiz üçün də necə önəmli olduğunu bilirik. Biz məşqçinin dediklərini daha yaxşı şəkildə meydanda etməyə çalışacağıq. Öz azarkeşlərimizi sevindirmək istəyirik. Azarkeşlərə daim bizimlə olduqları üçün təşəkkür edirəm. İndi biz evdə oynayacağıq və onların daha böyük dəstəyini hiss edəcəyik. Fanatları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.