Digər idman növləri
“Gəncə”nin baş məşqçisi: “Komanda özünə bənzəmir”
“Qış fasiləsindən sonra komanda özünə bənzəmir”.
Futbolinfo.az xəbər verir ki, bunu “Gəncə”nin baş məşqçisi Bedri Meriç “Neftçi”yə 62:97 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının 15-ci turunun matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis oyunçuların mübarizə əzmini ortaya qoya bilmədiklərini söyləyib: “Onları toparlamağa çalışırıq. Zədəyə görə mövsümü erkən başa vuran Kenyon Dulinqin də yoxluğu təsir edir. Qarşıdakı 4 oyunda qələbə qazanmaq məcburiyyətindəyik. Başqa yolumuz yoxdur”.
Baş məşqçi kubokda 1, liqada 3 görüşlərinin qaldığını vurğulayıb: “Həmin matçlarda hədəfimiz qalib gəlməkdir. Çempionatı major notlarla başa vurmaq istəyirik. İki həftəlik fasilə var. Fasilədən maksimum yararlanmağa çalışacağıq”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə