Ölkə futbolu
Gerye “Sumqayıt” üçün Bakıya gəldi
“Qarabağ”ın və “Neftçi”nin sabiq futbolçusu Donald Gerye yenidən Azərbaycanda oynaya bilər. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, onun xidmətində “Sumqayıt” maraqlıdır.
Hazırda tərəflər arasında danışıqlar gedir. Hətta haitili müdafiəçi bunun üçün Bakıya da gəlib. Lakin tərəflər maliyyə məsələlərində razılaşa bilmir. Gerye yüksək məbləğ istəyir, “Sumqayıt” bununla razılaşmır.
Onun transferinə yanvarda tam aydınlıq gələcək.
Geryenin transferi reallaşsa, bu, “Sumqayıt”ın strategiyasını dəyişməsi demək olacaq. Çünki “kimyaçılar” indiyədək əcnəbilərin xidmətindən imtina edir, əsasən yerli və milliləşən futbolçulara güvənirdi.