Ölkə futbolu
Gözlənilən darmadağın: “Qarabağ” yenə öz ampluasında
“Qarabağ” ilk addımı uğurlu atdı. Komanda Cəbəllütariqdəki oyununa görə tənqid olunsa da, cavab matçı göstərdi ki, problem zamanla bağlıdır. Çempionumuz həmişə olduğu kimi, oyundan oyuna artıraraq ideal formasına çatacaq.
“Linkoln”la cavab görüşü növbəti mərhələdəki rəqiblə – “Rakuv”la matç üçün əla məşq idi. Həm 4:0 hesablı qələbə qazanıldı, həm də futbolçular oyun ptaktikasını artırdı. Ciddi dəyişikliklərə məruz qalan heyətin üzvləri bir-birinə uyğunlaşdıqca, yeni transferlər formaya düşdükcə daha yaxşı olacaq.
Düzdür, hətta zəif rəqiblə oyunda “Qarabağ”ın bəzi çatışmazlıqları gözə dəydi. Lakin bu məsələdə konsentrasiya da rol oynayır. Daha güclü rəqiblərlə oyunlarda motivasiya fərqli olacaq və komanda daha yaxşı oynayacaq. “Linkoln”la oyunlar ölçü ola bilməz.
Yassin Benzianın komandaya uyğunlaşmağa başlaması sevindiricidir. Mərkəzdə təşəbbüsü ələ alan legioner cinahlara top paylamaqda Filip Ozobiçdən daha yaxşıdır. Hücumun sivri ucunda problem qalır, Redon Cica hər iki matçda qol vursa da, mövqeyinin haqını vermir. Lakin mətbuat konfransında Qurban Qurbanovun dediklərindən belə anlaşıldı ki, heç o özü də mərkəz hücumçusu axtarmır, ön xətt oyunçularının hamısından qol gözləyir. Baş məşqçi texnikalı futbolçuların fərdi keyfiyyətləri, eləcə də kombinasiyalı oyunu hesabına qurulan həmlələri arzulayır.
Lakin Qurbanovun bu düşüncəsini tətbiq etmək üçün də hücumun bütün nöqtələrində eyni keyfiyyət olmalıdır. Lakin “Qarabağ”da cağ cinah aşkar şəkildə axsayır. Bura təhkim olunan oyunçular tez-tez dəyişilir, Abdullah Zubir kimi sabit çıxış edən birisi yoxdur. Ya Adama Diakabi formaya düşməli, ya da daha yaxşı yeni transfer gəlməlidir.
İstənilən halda, “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsindədir. Komanda üçün ən çətin sınaq məhz “Rakuv”a qarşı olacaq. Çünki Polşa çempionunu məğlub etmək minimum vəzifəni həll etmək deməkdir. Daha bir mərhələni adlamaq ən azı Konfrans Liqasının qrupuna vəsiqənin təmin edilməsi anlamına gələcək. Zaman var, hazırlaşmaq, Cəbəllütariq təmsilçisi ilə matçlarda çatışmayan motivasiyanın sayəsində növbəti mərhələyə adlamaq lazımdır.
FƏRİD
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”