Ölkə futbolu
Gürcü futbolçu fikrini dəyişdi – “Qəbələ”də qalır
Azərbaycan Premyer Liqasında çıxış edən “Qəbələ” komandasında iki legioner futbolçunun taleyinə aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məlumat verib.
Baxşıyev bildirib ki, yarımmüdafiəçilərdən çilili Rodriqo Qattas və gürcü Merab Giqauri növbəti mövsümdə də komandada qalacaqlar. Onlar hazırda komanda ilə birlikdədir.
Qeyd edək ki, hər iki futbolçunun daha öncə komandadan ayrılacağı gözlənilirdi. Merab Giqaurinin müqavilə müddəti başa çatmışdı. Rodriqo Qattasın sözləşməsi bitsə də, əyalət təmsilçisi anlaşmanı yeniləmək hüququna malik idi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…