Ölkə futbolu
Gürcü legioner: “Gəncənin Premyer Liqasız qalmaması üçün çalışırıq”
“Oyun çox ağır alındı. Həm emosional, həm də əsəbi keçdi. Bizə ancaq qələbə lazım idi. Meydana da yalnız qələbə üçün çıxmışdıq. Bunun üçün futbolçular maksimum gücünü meydanda qoydu. Qələbə qazandığımıza görə şadıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Georgi Kantariya deyib.
Gürcü oyunçu Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Turan Tovuz” cari mövsümdə bizim üçün ən uyğun olmayan rəqiblərdəndir. Tovuzlularla oyunlarımız çətin keçirdi və onlara uduzmuşduq. Ona görə bu da bizim üçün əlavə motivasiya idi. Əsas motivasiya isə turnir cədvəli idi. Çox vacib üç xal qazandıq. Digər komandalarla müqayisədə bizə güc verdi. Amma hələ ki, heç nə başa çatmayıb, mübarizə davam edir. Qarşıda 6 final oyunumuz qalıb. Meydanda lazım olan hər şeyi edəcəyik ki, “Kəpəz” Premyer Liqada qalsın. Gəncə kimi böyük şəhərin Premyer Liqasız qalmaması üçün çalışırıq. Bütün məsuliyyəti anlayırıq və komanda olaraq bununla yaşayırıq ki, vəzifəmizin öhdəsindən gələk”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…