Milli komanda
“Hələ ölməmişəm, uğur qazanmaq istəyirəm” – Canni De Byazi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi gələcək karyerası barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis yenidən uğur qazanmaq arzusunda olduğunu bildirib:
“Hələ ölməmişəm, yenidən uğur qazanmaq istəyim var. Bunun klub va ya yığma olması elə də önəmli deyil. Hələlik isə Azərbaycan millisinin sükanı arxasındayam. 2022-ci ilin sentyabrınadək müqaviləm var”.
Azərbaycandakı həyatından da söz açan 66 yaşlı baş məşqçi Bakıda tək yaşadığını söyləyib: “Həyat yoldaşım Konelyanodadır, qızım isə Padua universitetində oxuyur. Yemək bişirməyi bilirəm, həmçinin, burada italyan restoranları var”.
Ötən ilin dekabrında koronavirusa yoluxduğunu deyən De Byazi xəstəliyi ağır keçirdiyini əlavə edib: “Yeddi kiloqram arıqladım. Amma sağaldım”.

- Premyer-liqa2022-08-14 22:22
“Neftçi”dən darmadağın, “Qəbələ”dən inamlı qələbə
- Premyer-liqa2022-08-13 22:26
“Qarabağ”la “Turan Tovuz”dan səfər qələbəsi
- Premyer-liqa2022-08-14 22:51
“Azarkeşlərin istefa tələbi normaldır” – Yaşar Vahabzadə
- Ölkə futbolu2022-08-13 15:02
Rəqib ayağına göndərilən “Kəpəz” və “siçan-pişik” oynayan AGİN-lə AFFA