Digər idman növləri
Həftənin oyunçuları bəlli oldu
“Dallas Maveriks”in üzvü Luka Donçiç və “Miluoki Baks”ın hücumçusu Yannis Antetokumpo müvafiq olaraq Qərb və Şərq konfranslarında həftənin oyunçuları seçiliblər.
Bu mövsüm ilk dəfədir ki, Donçiç və Antetokumpo həftənin oyunçusu mükafatını qazanırlar. Cari mövsümdə həftənin oyunçusu seçilən yeganə avropalı “Denver Nuggets”dən Nikola Jokiç olub.
Donçiçin həftə ərzində keçirdiyi dörd oyunda (üç qələbə və bir məğlubiyyət) orta göstəriciləri 36,8 xal, 11,5 asist və 8,0 ribaund təşkil edib.
Antetokumponun komandası həftə içi üç oyun keçirib: Çikaqo (133:129 OT), İndiana (140:126) və Detroit (146:114) ilə oyunlarda yunan basketbolçunun orta göstəriciləri 36,0 xal, 12,8 ribaund və 4,5 ötürməyə bərabər olub. Bundan başqa, İndiana ilə matçda 29 yaşlı forvard 64 xal toplayaraq şəxsi və klub rekordunu təzələyib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi