Digər idman növləri
Həmilton yeni filmin hazır olacağı vaxtı açıqladı
Britaniyalı pilot Lyuis Həmilton Formula 1 haqqında çəkilən filmin nə zaman işıq üzü görəcəyinə aydınlıq gətirib.
Xatırladaq ki, Bred Pitin baş rolda oynadığı filmin prodüsserlərindən biri yeddiqat dünya çempionudur. Filmin 2024-cü ildə ekranlara çıxacağı söylənilirdi. Lakin bir qrup aktyorun tətil elan etməsi səbəbilə müddət bir qədər uzadılıb.
“Fikrimcə , film 2025-ci ilin əvvəllərində hazır olacaq. Məsələ tətillə əlaqədardır. İşlər xeyli axsayıb”, – deyə Həmilton “Automotosport” nəşrinə müsahibəsində qeyd edib.
Filmin adının “Apeks” olacağı gözlənilir. Çəkilişlərin bir hissəsi bu il baş tutan qran-prilərdə həyata keçirilmişdi. Böyük Britaniya, Macarıstan və Ostin qran-prilərində xüsusi çəkilişlər edilmişdi.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi