Digər idman növləri
Həmiltondan Fələstinə dəstək
Yeddiqat dünya çempionu Lyuis Həmilton Fələstin xalqını dəstəkləyib. Bu barədə o, öz sosial şəbəkə hesablarında paylaşım edib.
“Müqəddəs ayda, çətin vəziyyətdə həyatları uğrunda mübarizə aparan fələstinləlilərə dəstəyimi ifadə etmək istəyirəm. Belə bir ayda biz hamımız tərəfləri sülhə səsləməliyik. Girovlar geri qaytarılmalı və onlar ailələrinə qovuşmalıdırlar. Müharibəni dayandırın”, – deyə Lyuis Həmilton yazıb.
Xatırladaq ki, Lyuis Həmilton daim sosial aktivliyi ilə seçilib. Formula 1 pilotu bundan əvvəl irqçiliyə qarşı mübarizəsi ilə yadda qalıb.