Digər idman növləri
Həmiltonun yerinə 4 namizəd
“Mersedes”in rəhbəri Toto Volf Lyuis Həmiltonun yerinə komandaya 4 namizədin adını açıqlayıb.
“İlk seçim Maks Ferstappendir. Onun səviyyəsinə kimsə şübhə edə bilməz. Ancaq buna qədər biz öz problemlərimizi həll etməliyik. Yalnız bundan sonra Corc Rasselin komanda yoldaşının kimliyini müzakirə edə bilərik. Nə qədər güclü sürücü dəvət etsən də, maşın imkan vermədiyi halda uğur qazanmaq mümkün olmayacaq.
Çox şey Maksın qərarından asılı olacaq. Alternativ variantlara gəldikdə isə Kimi Antonellinin adını çəkə bilərəm. Çox gənc olduğuna görə tələsmək istəmirik. Lakin onun potensialı heç kimdə şübhə doğurmur.
Əlbəttə ki, bazarda Fernando Alonso və Karlos Sayns kimi sərbəst pilotların olmasını da yaddan çıxarmamalıyıq”, – deyə Volf Avstraliyanın “Fox Sports” kanalına müsahibəsində bildirib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…