Dünya futbolu
Hakan darmadağından məmnundur: “Həyat bumeranqdır”
Hakan Çalhanoğlu “Milan” üzərində qələbəyə hamıdan çox sevinir. “İnter”in türkiyəli yarımmüdafiəçisi Superkubokda əzəli rəqib üzərində darmadağından məmnundur.
Futbolinfo.az xəbər verir ki, Hakan ötən mövsüm “Milan”ın şəhərin digər komandasına dəyişmişdi. Əzəli rəqib “İnter”ə gedişi azarkeşlər unutmamış, “rossonyerlər” çempion olunca yarımmüdafiəçi təhqir edilmişdi. Hətta buna bəzi futbolçular da qatılmışdı.
İndi Hakan həmin günləri xatırlayır: “Mən daha çox susmağa üstünlük verirəm. Ötən mayda görməyi gözləmədiyim şeylərə baxmaq çox pis idi. Amma həyat bumeranqdır. Bu gün “Milan”ı “yedik” – vəssalam. Bu zəfərə sayğı duymağa məcburdurlar. Superkubok xüsusilə mənim üçün önəmli idi”.
Xatırladaq ki, dünən “Milan”ı 3:0 hesabı ilə məğlub edən “İnter” 7-ci dəfə İtaliya Superkubokunu qazanıb əzəli rəqibinə çatdı.