Dünya futbolu
Haland ən yaxşı seçildi
“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Globe Soccer” mükafatına layiq görülüb.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı forvard hər kəsi qabaqlayaraq 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Halanddan başqa, bu mükafata Cud Bellingem (“Real”), Kərim Benzema (“Əl-İttihad”), Kevin De Bröyne (“Mançester Siti”), Kilian Mbappe (PSJ), Lionel Messi (“İnter Mayami”), Viktor Osimhen (“Napoli”), Məhəmməd Salah (“Liverpul”), Kristiano Ronaldo (“Əl-Nəsr”), Bernardo Silva (“Mançester Siti”) və Vinisius Junior (“Real”) da namizəd idi.
Mükafatın 2022-ci ildəki qalibi isə Kərim Benzema olub.
Haland ötən mövsüm “Mançester Siti” ilə 3 kubok qazanıb – Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə kuboku. O, “şəhərlilər”in heyətində 53 matçda iştirak edib və 52 qol vurub.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 11:04
Yarımfinal mərhələsi başladı
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”