Bizi izləyin

Premyer-liqa

“Hesab 4:1 ola bilərdi” – Rəşad Sadıqov

blank
blank

“Çox hərəkətli, dinamik oyun oldu. Çoxlu qol epizodları var idi”.
Futbolinfo.az saytı xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XXVIII turunda “Neftçi” ilə bərabərə qaldıqları (1:1) oyunla bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Hər iki komanda qolu standart vəziyyətdən sonra vurdu. Oyunun gedişatına daha gözəl qollar yaraşırdı. Qələbəyə köklənmişdik, başa düşürdük ki, “Neftçi” üzərində qələbə bizə üstünlük qazandıra bilər. Son matçlarda “Neftçi”yə məğlub olsaq da, oyun planında onlardan geri qalmırdıq. Turnir cədvəlində 4-cü yer uğrunda mübarizədə xal fərqi azalıb. 1 xal da bizim üçün pis nəticə sayılmır”.

Çalışdırıcı turnir cədvəlində yüksək pillələrdə qərarlaşan komandalara qarşı baxımlı oynamalarına baxmayaraq, qələbə qazana bilməmələri barədə dəfələrlə düşündüyünü deyib: “Onlara qarşı oyunlarımız pis alınmayıb. Qış fasiləsindən sonra evdə “Qəbələ” önündə qələbəyə yaxın idi, “Sabah”a uduzduğumuz son görüşü pis keçirmədik. Rəqib iki olmayan vəziyyətdən qol vurdu. “Qarabağ”la evdəki matçı çox yaxşı keçirdik, sonda avtoqolla uduzduq. “Neftçi”yə səfərdə 0:1 məğlub olanda qələbəyə çox yaxın idik. Oyun planında yox, nəticə baxımından problem yaşadıq. Bu gün 70-ci dəqiqədə, bəlkə də, hesab 4:1 ola bilərdi. Amma ələ düşən fürsətlərdən istifadə edə bilmədik. Brkiçin də ustalığını qeyd etmək lazımdı. O, xüsusən də, bizimlə matçlarda böyük ustalıq göstərir. Həm çempionatda, həm də kubokda həlledici seyvləri olub. Hesablasaq, 10-12 seyvini sayarıq. Bunların hamısını normal qarşılayıram. Bu gün də oyunumuzdan çox razı qaldım. Nədənsə, bu mövsüm əksər futbolçular debüt qollarını bizimlə görüşdə vururlar. İllərlə qol vurmayanlar bizimlə matçda fərqlənir. Stankoviç, Qomes kimi adları qeyd edə bilərəm. Bu gün də Lebon fantastik qol vurdu. Hər dəfə özümə söz verirəm ki, danışmayacağam. Amma mövzu açılır, danışırıq. Səbr etməliyik”.

Baş məşqçi millinin məşqçisi Arif Əsədovun futbolçuların klublardan yığmaya fiziki cəhətdən hazırlıqsız yollanması ilə bağlı fikri ilə razılaşmayıb: “Futbolçularımın fiziki durumundan razıyam. Ümumiyyətlə, millidə fiziki cəhətdən hansısa sıxıntı görünmür. Bu məsələlər 96-97-ci illərdə qaldı. 60-70 dəqiqə gücümüz çatma məsələsi bitib. “Qarabağ” bütün Avropanı 90 dəqiqə fiziki cəhətdən üstələyir. Bu söhbətlər qurtardı. Keçmişdən qalan xırda söhbətlərdi, atmacalardı, bəhanələrdir. Buraxılan qolların fiziki hazırlıqla nə əlaqəsi var. Bəli, rəqiblər həmişə bizi üstələyib. Amma ilk hissələrdə komandamız rəqibləri açıq-aşkar üstələyirdi, istər dinamikada, istər sürətdə. İkinci hissədə bu tip rəqiblər həmişə təzyiqi artırır. Ardıcıl qələbə seriyası olanda heç kim demirdi ki, bunda klubların da əməyi var. Arif müəllim də savadlı, futbolu bilən adamdır”.

Rəşad Sadıqov yığmanın daha çox qapı və müdafiə xəttində problemlər yaşadığını vurğulayıb: “Milli uduzandan sonra heç vaxt geniş şərh verməmişəm. Heyət baxımından son illərin beynəlxalq arenada oynamaq üçün ən optimal heyətidir. İtkilərimiz olduqda qapıçı və stopper zonasında müəyyən problemlər yaşayırıq. Əslində, qapıçılarımız da yaxşıdır. Sadəcə, beynəlxalq arenada təcrübələri yoxdur. Qapıçı ustalığı baxımından da problem yaşamırıq. Sadəcə, o oyunların gərginliyi, stressi bəs edir”.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm