Digər idman növləri
Hindistan millisi Bakıdakı dünya çempionatından imtina edə bilər
Taekvondo üzrə Hindistan millisi Bakıda keçiriləcək dünya çempionatından imtina edə bilər.
Futbolinfo.az saytı xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hindistanda iki fərqli qurumun taekvondo federasiyasına rəhbərlik etmək istəyi vəziyyəti çıxılmaz hala salıb. Bakıdakı dünya çempionatı ilə eyni vaxtda Asiya Oyunlarının seçim sınaqları olacaq.
Hindistanın Taekvondo Federasiyası yerli Gənclər və İdman Nazirliyi, eyni zamanda Hindistanın İdman İdarəsi tərəfindən seçimlərə qatılmaq icazəsi alıb. Federasiya indi Asiya Oyunları ilə dünya çempionatı arasında seçim etməli olacaq. Digər ehtimal əsas heyətin bir yarışa, ehtiyat qüvvənin isə digər turnirə yollanmasıdır.
Qeyd edək ki, Bakıdakı dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.