Ölkə futbolu
Honda ilə müqavilənin imzalanma mərasimi keçirilib – FOTOLAR
Bu gün “Neftçi” PFK ilə yeni transferi Keysuke Honda arasında rəsmi müqavilənin imzalanma mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Bakcell Arena”nın mətbuat konfransı zalında baş tutan tədbirdə yaponiyalı futbolçu ilə yanaşı, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, komandanın baş meneceri Qədir Həsənov və Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev iştirak ediblər.
İmzalanma mərasimindən sonra “Zoom” proqramı vasitəsilə mətbuat konfransı olub. Konfransda çıxış edən Keysuke Honda və Kamran Quliyev daha sonra jurnalistlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, Honda ilə mövsümün sonunadək müqavilə imzalanıb. 34 yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində 4 nömrəli formanı geyinəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…