Ölkə futbolu
Honda vidalaşdı: “Azərbaycanı hər zaman diqqət mərkəzində saxlayacağam”
“Neftçi”dən ayrılan yaponiyalı futbolçu Keysuke Honda klubun rəsmi televiziya kanalına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu vida açıqlamasında bunları söyləyib:
“Burada olduğum üçün xeyli məmnunam. Çempion oldum, həddindən artıq isti münasibət gördüm. Bəlkə də heç nə ilə yadda qalmadım, amma düşünürəm ki, məni hər zaman yaxşı xatırlayacaqsınız.
Ümid edirəm ki, “Neftçi” növbəti mövsümdə də çempion olacaq. Mən isə buraya gəlib, onlarla birlikdə qalibiyyəti qeyd edərəm. Ümumiyyətlə, buradan ayrılsam da, Azərbaycanı hər zaman diqqət mərkəzində saxlayacağam”.
Qeyd edək ki, Keysuke Honda martın 15-də “Neftçi” ilə mövsümün sonunadək müqavilə imzalamışdı. O, bu komandanın heyətində Azərbaycan çempionu olub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq