Bizi izləyin

Ölkə futbolu

“Hünər”li tovuzlular “Qarabağ”ı da rahatlaşdırdı

blank
blank

“Qarabağ” yenə fərqi artırdı. Çempionluq mübarizəsində favorit olan ağdamlılar, onlara problem yarada biləcək yeganə komanda olan “Sabah”ın qeyri-sabit çıxışı nəticəsində yoluna rahat davam edir.

23-cü tura yekun vurulan oyunda “Qarabağ” “Zirə”ni məğlub edib zirvədə möhkəmləndi. Bunun üçün çempiona “Turan Tovuz” da yardım etdi. Qurban Qurbanovun yetirmələri əsas rəqibin büdrəməsindən sonra daha arxayın çıxdığı matçda qələbə qazandı. Ağdamlılar bu mövsümdə heç kimdən, “qartallar”la duellərdə sə tarix boyunca məğlubiyyət görməyib.

Doğrudur, “Zirə” ağdamlılara kifayət qədər problem yaratdı. Qəsəbə təmsilçisi lideri dayandırmaq üçün mümkün olan hər şeyi etdi, taktiki cəhətdən doğru oynadı. Lakin bircə fərdi səhv meydan sahiblərini layiq olduğu bir xaldan məhrum etdi.

“Qarabağ”ın avrokubok qarşılaşması üzündən əsas oyunçularına istirahət verməsi aldadıcı faktdır. Dünən meydana çıxanları ikinci heyət saymaq olmur. Yeni transferlər özlərini doğrultmaq üçün maksimum çalışdı və artıq start heyətin qapısını döyməyə hazır olduqlarını göstərdilər. Qurbanovun gedənlərin yerini doldurduğunu demək olar. Tezliklə heç kim Kadi Borgesi hətta xatırlamayacaq da…

Günün ilk matçında isə sürpriz qeydə alındı. “Turan Tovuz” rəqibi dayandırmağın yolunu tapmışdı və futbolçular məşqçi tapşırıqlarını mükəmməl yerinə yetirməklə vacib qələbə qazandı. Oyundan öncə heç-heçəyə həvəslə razı olacaq qonaqlar, əks-hücumlardan dəqiq istifadə edincə paytaxtdan 3 xalla dönməyi bacardı.

Natan Oduvanın qolundan sonra da epizodlar yaradan qərblilər, penaltini boşa versə də, ruhdan düşmədi. 11 metrlik cərimə zərbəsini qapıya istiqamətləndirə bilməyən Ayxan Hüseynov antiqəhrəman olmadı – o, ilk qolun ötürməsini verdiyi kimi, matçda son nöqtəni qoymağı da bacardı.

Təbii ki, matçın favoriti “Sabah” idi. Komanda usta futbolçularının çoxluğundan faydalanaraq xeyli təhlükəli epizod yaratdı, oyuna diqtə etdi. Lakin bakılıların oyunu rəqib tərəfindən düzgün analiz edildiyi üçün onları dayandırmaq mümkün oldu.

Ümumiyyətlə, Murad Musayevin demək olar ki, B planı yoxdur. Onları dayandırmaq çətindir, oyun alındısa, qolları sıralayırlar, amma rəqib düzgün, intizamlı oynayanda rusiyalı mütəxəssis fərqli bir şey tətbiq edə bilmir. Dünən “Turan Tovuz”la matçda məhz bunu gördük. Bu komandaların ikinci dövrədəki oyununda da eyni ssenari yaşanmışdı. Sadəcə, Tovuzdakı matçda meydan sahiblərinin bir fərdi səhvi, Aleksey Kaşukun ustalıq səviyyəsini göstərməsi həlledici olmuşdu. Dünən tovuzlular minimal səhvlərə də yol verməyincə “Sabah” təslim oldu.

Günün qalibləri əsas izləyiciləri ilə 8 xallıq fərq yaratdı. “Qarabağ” çempionluq şanslarını yaxşılaşdırdığından Konfrans Liqasındakı cavab matçına rahat hazırlaşa bilər, “Turan Tovuz” isə bundan sonra təzyiqsiz oynayacaq. Yeni sponsorun gəlişi ilə daha “Hünər”li olan komanda top buraxmadan qazandığı ardıcıl 3 qələbə ilə 5-ci pilləyə yaxınlaşıb. Növbəti turda evdə “Zirə”ni yenmək mümkün olsa, qəsəbə təmsilçisi və “Qəbələ” ilə “ortabab üçlüy”ü təşkil edəcəklər. 26-cı turda da qəbələlilərlə ev oyunu var…

Beləliklə, meydan sahiblərinin 3 qələbəsi ilə başayan tur 2 qonağın sevinməsi ilə bitdi. Bir-birindən 2 xallıq fərqlə aralı olan autsayderlər, lider “Qarabağ”, 2-3-cü yerlər üçün döyüşən bakılılar – turnir cədvəlindəki hazırkı durum belədir. Qarşıdakı 13 turda ciddi sürprizlər gözlənmir, yalnız son pillənin sahibinin müəyyənləşməsi baxımından dəqiq proqnoz vermək olmur.

FƏRİD

blank
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Ölkə futbolu2024-04-11 15:45

“İrəvan”da qalmaqal: klub prezidenti saxlanıldı

blank
Dünya futbolu2024-04-11 15:27

Leao “Arsenal”ın hədəfində

blank
Layihə2024-04-11 15:07

COP29: Ekoloji təmizlik naminə Formula 1 üçün yeni tələblər vacibdir

blank
Dünya futbolu2024-04-11 14:48

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

blank
Dünya futbolu2024-04-11 14:29

Çempionlar Liqasının rekordu təkrarlandı

blank
Ölkə futbolu2024-04-11 14:10

AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti

blank
Dünya futbolu2024-04-11 13:51

Suşiç İngiltərəyə can atır

blank
Ölkə futbolu2024-04-11 13:34

Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…

blank
Dünya futbolu2024-04-11 13:17

Klopp istirahət edəcək: “Qocalana qədər gözləmək istəmirəm”

blank
Müsahibə2024-04-11 13:00

İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”

blank
Ölkə futbolu2024-04-11 12:40

“Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil”

blank
Dünya futbolu2024-04-11 12:19

Xavi gedəcəyini deyəndən bəri…

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm