Bizi izləyin

Ölkə futbolu

İcraiyyə Komitəsinin son qərarlarının pərdəarxası məqamları

blank
blank

Hər ilin martı AFFA-nın hərəkətli ayı hesab olunur. Belə ki, AFFA-nın divarları arasında qəbul olunan qərarlar ölkənin bahalı otellərinin birində sənədləşdirilir. Yalnız bir dəfə istisna olmuşdu, o zaman Elxan Məmmədov özünü icraçı vitse-prezident təyin etdirmək üçün tədbiri yanvara çəkmiş, özü üçün post təsis etmişdi.

AFFA-nın budəfəki Növbəti Hesabat Konfransı, ardınca İcraiyyə Komitəsinin iclası martın 7-də “Alov Qüllələri”ndə baş tutdu. Və bu, illərdir Azərbaycan futbolunu kor qoymuş Elxan Məmmədovsuz keçirilən nadir tədbirlərdən idi. Hazırda  Parisdə lövbər salan və hələ də qorxulu kölgəsi Azərbaycan futbolunun üstündə olan Məmmədovun yoxluğunda başqa adamlar gözə dəyirdi. Futzal federasiyasının prezidenti, BOS-un direktoru və Məmmədovun başqa dostları qeybə çəkilmişdi.

Xatırlayırsınızsa, elə həmin Konfransdan isti-isti yazı hazırlamışdıq. Məsələnin ümumi görünüşü ilə bağlı məlumat verib prosesləri diqqətdə saxlayacağımızı və məqamlara yenidən qayıdacağımızı bildirmişdik.

Əslində, hadisələrin axarının bir qədər gec müəyyənləşməsi ümumi danışıqların çox məxfi aparılmasına və informasiya sızıntısının olmamasına dəlalət edir. Bu prosesdən media olaraq itirsək belə, vəziyyəti ümumi futbol adına daha çox qazanc kimi dəyərləndirmək olar. Əgər hadisələrin gedişi bu qədər məxfi qalmasaydı, Parisdən uzanacaq əllər böyük ehtimalla işlərin gedişinə böyük ölçüdə mənfi təsir göstərəcəkdi. Çünki məxfi danışıqların fonunda qəbul olunmuş və İcraiyyə Komitəsi tərəfindən qəbul olunacaq qərarlar Məmmədovun kadrlarının Azərbaycan futbolundan uzaqlaşdırılmasına hesablanmışdı.

Uzun illərdir sabiq baş katibin inhisarında olan və vacib məqamlarda zəng gözləyən, qanunu bir kənara qoyub “ağa deyir sür dərəyə, sür dərəyə” prinsipi ilə hərəkət edən komitələrin heyətinin dəyişdirilməsi, əslində, onun Azərbaycan futbolunda səlahiyyətinin azalması kimi qəbul olunmalıdır.

AFFA-nın ali qurumlarından hesab olunan Apellyasiya və Arbitraj Tribunalının  sədr və üzvlərinin kreslosunun laxlaması hələ “Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovla bağlı Oyunçuların Statusu və Transferi Komitəsinin çıxardığı ədalətli qərarın bir zənglə dəyişdirilməsi və bizim ali futbol qurumlar qarşısında biabır olduğumuz günlərindən başlamışdı. Sevindirici haldır ki, tribunalın tərkibi tam olaraq dəyişdirildi və burada  güc strukturları ilə futbolun sintezi yaradıldı. Orxan Məmmədov və vaxtilə “İnter”i quyunun dibindən çıxarmış Rəşad  Qasımovun komitəyə gəlməsi daha işgüzar və futbolyönümlü işlərin həyata keçirilməsinə münbit şərait yaradacaq. Orxan Məmmədovun prosesə cəlb olunmasını gələcəkdə futbol və dövlət vergi siyasəti arasında körpü yaratmağa hesablanmış bir addım olduğunu düşünürük.

Oyunçuların Statusu və Transferi Komitəsinin də heyəti əvvəlcədən qeyd etdiyimiz kimi yeniləndi. Peşəkar Futbol Liqasının əməkdaşının komitəyə üzv gətirilməsi gecikmiş qərar olsa da, nəticə etibari ilə bu boşluq da aradan qaldırıldı. Eyni zamanda bu komitədə sədr dəyişikliyinin olması və Elxan Məmmədovun daha bir kadrının uzaqlaşdırılması, onun yerinə Tural Eyvazov adlı hüquqşunasın təyin olunması işlərin seçim nəticəsində aparılmasının göstəricisidir. Tural Eyvazov ad və soyadı bizə konkret bir şey deməsə də, əldə etdiyimiz ilkin məlumatlara görə, o, vaxtilə klublarımızdan birində hüquqşünas kimi çalışıb və onun sədr postuna gəlməsi təyinatı üzrədir.

AFFA İntizam Komitəsinə gəldikdə isə bildiyiniz  kimi, bu komitənin fəaliyyəti həftəlikdir və daha çox gündəmdədir. Komitənin tərkibində olan və Elxan Məmmədovun adamı kimi ad çıxaran İlqar Əliyev və Cahangir  Həsənzadə artıq hər hansı səlahiyyət sahibi deyil. Ramin Musayevin gedişindən sonra PFL prezidenti postuna iddiası uğursuz nəticələnən Həsənzadənin – Elxan Məmmədovun daha bir kadrının hətta komitədən uzaqlaşdırılması ciddi hadisə kimi qəbul olunmalıdır. Əvəzində komitəyə Aslan Şahgəldiyev, Ömər Paşayev, Ramil Cahangirov, Qabil Nəcəfov, Elçin Məmmədov kimi müxtəlif qurum və departamentləri təmsil edən şəxslərin cəlb olunması daha sağlam mühitin yaranmasına səbəb olacaq. Ümidvarıq ki, bu dəyişikliklərdən sonra İntizam Komitəsi daha zənglərə yox, qaydalara uyğun qərar çıxaracaq və ikili standartlar aradan qalxacaq.

AFFA İcraiyyə Komitəsinin ümidverici iclasının digər pozitiv məqamları isə I Divizion və əvəzedici heyətlərin yarışının növbəti mövsümdən bir-birindən ayrılmasını, I Divizionda çıxış edəcək komandalar üçün Region Liqasında oynamaqla bağlı qoyulmuş 3 illik süni maneənin aradan qalxmasını, I Divizionun daha peşəkar yarış olması yönündə gələn mövsümdən aparılacaq Lisenziyalaşdırma qaydalarının tətbiqini və hər komandaya 300 min manat məbləğində vəsait ayrılmasını göstərə bilərik.

Bütün bu qeyd olunan ümidverici məqamları ümumiləşdirəndə burada Peşəkar Futbol Liqasının izləri açıq-aşkar hiss olunur. Ramin Musayevin dönəmində bütün proseslərdən uzaq tutulan PFL artıq daha ciddi işlərə nüfuz edir.

Digər məqam isə ondan ibarətdir ki, AFFA İcraiyyə Komitəsinin iclasına və eləcə də Konfransın Gündəliyinə gedən bütün məsələlər baş katiblikdən keçməlidir. Bu fakt onu göstərir ki, artıq Sərxan Hacıyevlə Elxan Səmədov arasında ciddi kommunikasiya yaranıb, AFFA-da daxili çəkişmə yoxdur və PFL ilə olan soyuq müharibə başa çatıb. Nəticədə bütün məsələlər müzakirəyə açıqdır. Soyuq müharibə, daxili çəkişmələr, tapşırıq zəngləri – bütün bunlara adət etdiyimiz məkandan uzun müddətdən sonra doğruluq istiliyi gəlməkdədir. Düzgün təyinatlar AFFA-da yeni və daha sağlam mühitin yaranması siqnallarını verir. Təki davamlı olsun!

AĞA

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm