Digər idman növləri
İddiaçılar Turnirinin yeri dəyişdirilir
Şahmat üzrə İddiaçilar Turnirinin keçirilmə yeri dəyişdirilə bilər.
Xatırladaq ki, turnirin təşkili Kanadanın Toronto şəhərinə həvalə edilib. Lakin son günlər viza verilməsi ilə bağlı problemlər yaranıb. Rusiyalı şahmatçılar Aleksandra Qoryaçkina və Yekaterina Laqnonun viza almasında çətinliklər var. Bu çətinlik onları turnirdə iştirakdan məhrum edə bilər.
Bu problemlər aradan qaldırılmasa , turnir Madriddə keçiriləcək. İspaniyanın paytaxtı FİDE-nin reqlamentinə əsasən ehtiyat şəhər kimi qeyd edilib. Bəzi mənbələrin versiyasına görə, turnirin Torontodan alınıb Madridə verilmə ehtimalı 99%-ə bərabərdir.
Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-də start götürəcək və 3 həftə davam edəcək. Dünya şahmat tacı uğrunda iddiaçıların yarışında həmyerlimiz Nicat Abbasov da iştirak edəcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı