Premyer-liqa
“İki fərqli hissə izlədik” – Adil Şükürov
Premyer Liqanın 29-cu turu çərçivəsində baş tutan “Araz-Naxçıvan” ilə səfər oyunundan sonra “Kəpəz”in baş məşqçisi Adil Şükürov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesablı əzmkar qələbəni belə şərh edib:
“Allaha çox şükürlər olsun ki, bu gün bizə qələbə nəsib etdi. Və biz də bu qələbənin sayəsində bura stadiona gələn, eləcə də bizi evdən izləyən azarkeşlərimizi sevindirə bildik. İki fərqli hissə izlədik. Startda yaxşı başladıq. İlk qol epizodunu da biz yaratdıq. Bundan sonra sanki uşaqlarda arxayınlıq yarandı. Bu da qol buraxmağımızla nəticələndi. Fasilədə futbolçular ilə söhbət etdik. Onlar da toparlandılar. Lazım olan qolları vurub üç xalımızı qazana bildik”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı