Digər idman növləri
İki təmsilçimiz növbəti mərhələdə
İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
Zeynəb Rəhimova 1/32 final çərçivəsində əlcəzairli Fatma Zohra Hadjala ilə döyüşüb. 54 kq çəki dərəcəsində baş tutan qarşılaşma Rəhimovanın qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisi rəqibini 4:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib.
Yığma üzvü növbəti qarşılaşmasında ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.
Ümid Rüstəmov (57 kq) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib.
Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı