Ölkə futbolu
“İlk gündən əmin idim ki, bunu bacaracağıq”
“Hər iki komanda üçün vacib və çətin oyun idi”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Mate Kvirkviya deyib.
Gürcüstanlı futbolçu Misli Premyer Liqasının 29-cu turunda “Araz-Naxçvan”a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan söz açıb: “Oyunun gedişində məğlub duruma düşsək də, özümüzə inandıq. Bunun sayəsində də qələbə qazandıq. Artıq “Qəbələ” ilə aramızda böyük fərq var. Amma biz mümkün qədər daha çox xal qazanmaq istəyirik. İlk gündən də əmin idim ki, biz bunu bacaracağıq. Çox adam bizə inanmırdı, amma indi inanacaqlar”.
Kvrikviya vurduğu qələbə qolunu isə belə şərh edib: “Qol vurmaq həmişə xoşdur. Mən əlbəttə ki, buna sevinirəm. Amma əsas odur ki, komanda qalib gəldi”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı