Ölkə kuboku
“İlk yarıda “Neftçi”dən yaxşı oynadıq” – Azər Həşimov
“Qaradağ-Lökbatan”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Kubokunun 1/8 finalında “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə komandamız üçüncü zonada pressinq edirdi. Fikrimiz var idi ki, rəqibə oynamağa imkan verməyək. Bu hardasa ilk yarıda bəhrəsini verdi. Amma ikinci yarıda istədiklərimiz alınmadı. “Neftçi”nin əvəzetmələrindən sonra böyülkhesablı məğlubiyyət aldıq. Premyer Liqa ilə Birinci Liqa arasında bir o qədər də uçurum yoxdur. Əvvəl limit var idi, onda uçurum çox hiss edilirdi. İndi sərbəstdir, yaş limiti yoxdur. Bu dəqiqə Premyer Liqa klublarının büdcələri ilə Birinci liqa büdcələri eyni deyil. 10 dəfə artıqdır. Burada keyfiyyətli oyunçular daha çoxdur. Birinci Liqada isə daha istedadlı oyunçuları üzə çıxarmağa çalışırıq ki, Azərbaycan futboluna xeyir versin”.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi