Ölkə futbolu
İlkin Qırtımov: “Hakimlər VAR-ın əleyhinə gedirlər”
“Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov hakimlərdən şikayətçidir. O, ədalət təmsilçilərinin bəzi qərarlarına anlam verə bilmir.
Təcrübəli oyunçu futbolinfo.az saytına müsahibəsində hətta “Neftçi”nin baş məşqçisi Lautentsiu Regekampfın məhz onlarla oyunda hakimlərdən gileylənməsinə haqq qazandırıb: “Məncə, 1-2 dəfə zədə səbəbindən oyun dayandığı üçün əlavə vaxtı bir az da artırmaq olardı. Rəqibin baş məşqçisinin də özünə görə haqlı tərəfləri var”.
İlkin rəqib qapısına təyin edilən penaltinin ləğv edilməsindən narazıdır: “Həmin epizod bizim qapımız qarşısında olsaydı, hakim 90 faiz penalti verəcəkdi. Heç VAR-a getməyəcəkdilər. Deyirlər ki, Rövlan Muradov orada yıxılmağa meyilli idi. Həmin kobudluq meydanın mərkəzində olsaydı, cərimə veriləcəkdi. Deməli, yüzfaizlik penaltidir. Müdafiəçi yerdən qalxıb düz Rövlanın qarşısına tullanır, ona mane olur. Düşünürdüm ki, VAR-ın tətbiqindən sonra hakimlərin işi daha rahat olacaq. Bu sistem referilərin rahatlığına hesablanıb. Referi doğru qərar vermədikdə təkrara baxaraq, səhvini düzəldir. Ancaq bilmirəm hakimlər VAR-ın əleyhinə gedirlər, baş açmıram. Bizim oyunu qoyuram bir kənara. “Sabah”la oyunda top “Qarabağ”ın oyunçusunun əlinə dəydi. Orada penaltidən başqa bir variant yoxdur”.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov