Bizi izləyin

Ölkə futbolu

İnamlı və çətin qələbələr, gözlənilən məğlubiyyət

blank
blank

“Sabah” debüt etdiyi avrokubok mövsümündə qələbələri sıralayır. Əvvəlki mərhələdəki qələbələr nisbətən gözlənlən idisə, dünən Murad Musayevin yetirmələri həqiqətən sürprizə imza atdı. Kifayət qədər təcrübəli olan “Partizan”la matçda əldə edilən inamlı qələbə sıradan uğur sayıla bilməz.

“Bayquşlar” nəticəni layiqli oyunla təmin etdi. Matç boyunca serblərdən daha üstün olan təmsilçimiz penltini qaçırmasına, çoxsaylı şansları qaçırmasına baxmayaraq, lazım olan qolları vurdu. Komandadan ayrılmağa qərar verən Coy-Lens Mikelsin oynamaqdan imtina etməsinə baxmayaraq, yoldaşları onsuz da uğur qazana bildiklərini isbatladı.

Təbii ki, hələ pley-offa adlamaqdan danışmaq tezdir. Amma 2:0 hesablı üstünlüyü Serbiyada qorumaq mümkündür. Komanda arxayınlaşmamalı, eyni zamanda təzyiqə hazır olmalıdır. Erkən qol buraxılmasa, futbolçular soyuqqanlılığını qorusa, “Partizan”ın böhranlı durumundan faydalanmaq mümkündür. Həmişə Bakıdan uğurlu nəticə ilə dönən Belqrad təmsilçisinin ilk məğlubiyyətə necə reaksiya verəcəyini Musayev hesablamalıdır.

Konfrans Liqasındakı digər təmsilçimiz “Neftçi” üçün mövsümü bitmiş saymaqolar. Evdə “Beşiktaş”a 1:3 hesablı məğlubiyyətin revanşını İstanbulda almaq mümkünsüzdür. Bakılıların fasilədən sonra yaxşı görünməsi kimsəni aldatmamalıdır. Erkən qollarla vəzifənin öhdəsindən gələn qonaqlar qalan vaxtda özünə əziyyət vermədi. Əksinə, “Neftçi”yə oynamaq şansı yaratdılar və bunun sayəsində bir neçə təhlükəli epizod yarandı.

Komandanın buraxdığı qollar göstərdi ki, “Neftçi”də görülməli olan xeyli iş var. Yeni transfer edilən müdafiəçilər rəqibin vurduğu qollar zamanı inanılmaz səhvlər etdi. Yarımmüdafiə xətti ilə bütünləşmə mümkün olmadı və uşaq səhvləri reallaşdı. Oyun dəst-xəttinin düzəlməsi, komandanın komlektləşməsi üçün Adrian Mutu xeyli əziyyət çəkməli olacaq.

Rumın çalışdırıcının seçdiyi start heyətini tənqid etməyə də əsas var. Son oyunlarda əla oyun sərgiləyən Filip Ozobiçin ehtiyata atılması, cinahlardakı seçimlər müzakirə mövzusudur. “Beşiktaş”ın oynamağa imkan verməsi öz yerində, məhz ilk dəqiqələrdən meydanda olmalı oyunçulara şans veriləndən sonra komandanın özünə gəlməsi bunu sübut edir.

“Qarabağ”ın qələbəsi inamlı alınmasa da, komandanın oyunu yaxşı idi. HJK hər iki matçda məğlub ediləcək səviyyədə bir rəqibdir. Ağdamlılar daha cəsarətli olsaydı, oyunun taleyi hətta Bakıda həll oluna bilərdi. Amma “Qarabağ” çoxsaylı şansarı əldən verincə cəsarətlənən finlərin azsaylı hücumlarından biri qolla yekunlaşdı. Qurban Qurbanovun yetirmələrinin qısa müddət sonra yenidən önə çıxması da rəqibin gücsüzlüyündən xəbər verir.

“Qarabağ” qələbə qazandı, lakin cavab matçında daha diqqətli olmaq lazımdır. Rəqibin qol vurmağa məcbur olması faktı təmsilçimizin şansını artırır. Qapanan rəqiblərlə görüşlərdə əziyyət çəkən “Qarabağ”ın Helsinkidə işi asan olmalıdır. Komandanın səviyyəsi buna imkan verir. Sadəcə, arxayınlaşmaq olmaz, qarşıdakı həftədə qruplara düşmək problemini birdəfəlik həll etmək lazımdır.

Nəticələrə baxanda “Sabah”ın pley-offa yüksəlmək şansı daha real görünür. Lakin rəqibi gücünü, komandanın öz səviyyəsini və təcrübəsini nəzərə alaraq Avropa Liqasındakı təmsilçimiz olan “Qarabağ”ı bir addım öndə görməliyik. İki komandamız bunu bacarsa, həm reytinq xalına görə xeyli irəli düşərik, həm də ölkə futbolunun imici baxımından əla nəticə olar.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm