Dünya futbolu
İngiltərə klubundan Super Liqa təmsilçisinə
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Bristol Rovers” klubundan Erhun Öztümeri transfer edib.
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
İngiltərədə dünyaya gələn türk əsilli Erhun Öztümer, karyerasına “Çarlton Atletik” klubunda başlayıb. O, bu ölkədə “Peterboro”, “Uolsoll”, “Bolton” klublarında da forma geyinib. 2019-cu ildə yenidən “Çarlton”a qayıdan Erhun, geridə qalan mövsümü “Bristol Rovers”də keçirib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir