Dünya futbolu
İngiltərə millisində yeni futbolçu
İngiltərə milli komandasının AÇ-2020 üçün yekun heyətinə yeni futbolçu cəlb olunub.
Futbolinfo.az xəbər verir ki, bir neçə gün əvvəl yoxlama oyununda zədələnən Trent Aleksander-Arnoldun əvəzinə milliyə “Brayton”dan Ben Uayt çağırılıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İngiltərə yığması turnirin qrup mərhələsində Xorvatiya, Çexiya və Şotlandiya ilə qarşılaşacaq.
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var