Dünya futbolu
“İnter” Kuadradonu gətirib, Malesi satdı
“Yuventus”un sabiq yarımmüdafiəçisi Xuan Kuadradonun “İnter”ə keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında bir il müddətinə müqavilə imzalanıb. Kolumbiyalının “İnter”dəki maaşı bonuslar nəzərə alınmadan illik 2 milyon avro olacaq.
2022/2023 mövsümündə Kuadrado “Yuventus”un heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib. Futbolçunun Turin klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatıb, tərəflər müqaviləni yeniləməyib.
“İnter” isveçrəli hücumçusu Darian Malesi də “Yanq Boyz”a satıb. 22 yaşlı forvardın keçidi yeni klubuna 2 milyon avroya başa gəlib. Males İsveçrə klubu ilə 4 illik sözləşmə imzalayıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”