Dünya futbolu
“Liverpul” və “Bavariya”dan darmadağın, “Real”dan “İnter” üzərində qələbə
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turuna start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında 8 oyun keçirilib.
Turnirin son qalibi “Bavariya” Avstriyada “Zalsburq”un qonağı olub və darmadağına sevinib. A qrupunun digər favoriti “Atletiko” da səfərdə Moskva “Lokomotiv”ini sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib.
İlk iki turdan sonra B qrupunun sonuncu pilləsində qərarlaşan “Real” “İnter”i qəbul edib. Madrid təmsilçisi beş qolun qeydə alındığı bu oyunda ilk qələbəsini rəsmiləşdirib.
C qrupunda itkisiz irəliləyən “Mançester Siti” “Olimpiakos”la münasibətlərinə aydınlıq gətirib. “Şəhərlilər”in darmadağına sevindiyi gündə, “Portu” da Marsel “Olimpik”inə 3 cavabsız qolla qalib gəlib.
D qrupunda isə liderlər İtaliyada üz-üzə gəliblər. Qələbələri sıralayan “Liverpul” “Atalanta”nın qonağı olub. İngiltərə çempionu rəqibini səfərdə darmadağın edib. “Ayaks” da “Midtyulland”la səfər oyunundan qalib ayrılıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
3 noyabr
A qrupu
“Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya) 1:1
Qol: Mirançuk, 25-pen – Ximenes, 18.
“Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya) 2:6
Qol: Berişa, 4. Okuqava, 66 – Levandovski, 21-pen; 88. Kristensen, 44-öz qapısına. Boatenq, 79. Sane, 83. L.Hernandes, 90+2.
Bavariya – 9, Atletiko – 4, Lokomotiv – 2, Zalsburq – 1.
B qrupu
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Borussiya” (Münhenqladbax, Almaniya) 0:6
Qol: Plea, 8; 26; 78. Bondar, 17-öz qapısına. Bensebaini, 44. Ştindl, 65.
“Real” (İspaniya) – “İnter” (İtaliya) 3:2
Qol: Benzema, 25. S.Ramos, 33. Rodriqo, 80 – Martines, 35. Perişiç, 68.
Borussiya – 5, Real – 4, Şaxtyor – 4, İnter – 2.
C qrupu
“Mançester Siti” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) 3:0
Qol: F.Torres, 12. Q.Jezus, 81. Kanselo, 90.
“Porto” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa) 3:0
Qol: Mareqa, 4. S.Oliveyra, 28-pen. L.Dias, 69.
Mançester Siti – 9, Portu – 6, Olimpiakos – 3, Olimpik – 0.
D qrupu
“Midtyulland” (Danimarka) – “Ayaks” (Niderland) 1:2
Qol: Dreyer, 18 – Entoni, 1. Tadiç, 13.
“Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə) 0:5
Qol: Jota, 16; 33; 54. Salah, 47. Mane, 49.
Liverpul – 9, Atalanta – 4, Ayaks – 4, Midtyulland – 0.