Dünya futbolu
“İnter”dən 1500-cü qələbə
İtaliyanın “İnter” komandası A Seriyasında 1500-cü qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi buna 5-ci tur çərçivəsində qarşılaşdığı “Fiorentina”nı səfərdə 3:1 hesabı ilə məğlub etməklə nail olub.
Komanda A Seriyasında ilk qələbəsini 1929-cu ildə “Livorno”ya qarşı əldə edib. Yubiley 91 il 11 ay və 15 gün sonra gerçəkləşib.
Ötən mövsüm İtaliya çempionu olmuş “İnter” cari mövsümdə də 5 oyundan sonra 13 xalla liderdir.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi