Dünya futbolu
İnzaqi yeni müqavilə üçün narahat deyil
Simone İnzaqi gələcəyindən narahat deyil. “İnter”in baş məşqçisi müqaviləsinin müddətini uzadılması ilə bağlı danışıqlara pozitiv yanaşır.
Futbolinfo.az xəbər verir ki, A Seriyasında inamla liderlik edən milanlıların çalışdırıcısı klubdakı ab-havadan məmnundur: “Burada xoşbəxtəm. Rəhbərlik və azarkeşlərlə münasibətim ən üst səviyyədədir. Müqaviləyə görə narahat deyiləm. Mövsüm bitdikdən sonra hər şeyi müzakirə edəcəyik. Münasibətlərin qaydasında olduğunu nəzərə alsaq, anlaşmaqda problem yaşamayacağımızı düşünürəm”.
5 illik “Latsio” dönəmindən sonra 2021-ci ilin yayında “İnter”in baş məşqçisi təyn edilən İnzaqinin anlaşmasının bitməsinə hələ var. O, gələn mövsüm də komandaya rəhbərlik edəcək. Lakin Milan klubunun idarəçiləri bununla kifayətlənmir və müqavilənin daha iki il uzadılmasını istəyir.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı